Menyu

DSX: Ötən ay sərhəddə 4 milyon manatlıq qaçaqmal saxlanılıb

Nərmin Qocamanlı
DSX: Ötən ay sərhəddə 4 milyon manatlıq qaçaqmal saxlanılıb
1 dəq oxu

Ötən gün narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 321 kiloqram 997 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8439 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 022 min 156 manat оlan qaçaqmal, о cümlədən zinət əşyaları, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.

Əlaqəli Xəbərlər