️ Qubada avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
Nərmin Qocamanlı
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 5 sürücü saxlanılıb.
Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 20 avtomobil sahibi də saxlanılıb.
Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma