Menyu

FHN-in Sumqayıt Regional Mərkəzi obyekt mülki müdafiə məşqi keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “My Beach” otelində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.

Bu barədə "Operativ Media"ya FHN-dən məlumat verilib. 

Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb edilən heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzi və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin nümayəndələri, otelin rəhbər və işçi heyəti iştirak edib.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər