Menyu

Azərbaycana ötən ay ən çox turist hansı ölkədən gəlib?

Nərmin Qocamanlı
Azərbaycana ötən ay ən çox turist hansı ölkədən gəlib?
1 dəq oxu

Azərbaycana avqust ayında gələn turistlərin sayı açıqlanıb.

Azərbaycan Dövlət Turizm Agentliyindən “Operativ Media”ya bildirilib ki, avqust ayında Azərbaycana 245 min 337 nəfər turist gəlib.

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 1 milyon 748 min 032 turist gəlib. Ötən il bu rəqəm 1 milyon 344 min 260 təşkil edib.

 Agentlikdən bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur:

Avqustda ən çox Rusiya (63 339), Türkiyə (34 174), Hindistan (21 137) İran (17 666), Səudiyyə Ərəbistanı (13 537), Gürcüstan (9 981) turistlər ölkəmizə səfər edib.

Əlaqəli Xəbərlər