Menyu

Bakıda tozun konsentrasiyasında azalma müşahidə edilir

Nərmin Qocamanlı
Bakıda tozun konsentrasiyasında azalma müşahidə edilir

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə  azalma müşahidə olunur. 

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib:

"Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq  istiqamətli küləklərin  şimal-qərb küləkləri ilə  əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən  də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən  azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən  havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.

Teqlər:

"Bak\u0131da tozun konsentrasiyas\u0131nda azalma m\u00fc\u015fahid\u0259 edilir"

Əlaqəli Xəbərlər