ADY Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən avtodayanacaqları sərnişinlərin istifadəsinə verib
Nərmin Qocamanlı
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqları sərnişinlərin istifadəsinə verib.
"Operativ Media" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.
"Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb", - deyə məlumatda qeyd edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma