Menyu

DİN Kəlbəcər sakininin əsassız olaraq polis şöbəsinə aparılması ilə bağlı xəbərlərə aydınlıq gətirib

Əsəd Abbaslı
DİN Kəlbəcər sakininin  əsassız olaraq polis şöbəsinə aparılması ilə bağlı xəbərlərə aydınlıq gətirib

Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin Gəncə şəhərində əsassız olaraq saxlanılaraq polis şöbəsinə aparılması, ona qarşı təzyiqlər göstərilməsi və bağlı əsassız xəbərlər dərc olunub.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Operativ Media"a bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə saxlanılıb.

“Sürücünün sərxoş olması barədə şübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib, İntiqam Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib. Həmin şəxslərin döyülməsi ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, iddialarla bağlı İntiqam Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır”, - DİN rəsmisi vurğulayıb.

Teqlər:

"D\u0130N K\u0259lb\u0259c\u0259r sakininin \u0259sass\u0131z olaraq polis \u015f\u00f6b\u0259sin\u0259 apar\u0131lmas\u0131 il\u0259 ba\u011fl\u0131 x\u0259b\u0259rl\u0259r\u0259 ayd\u0131nl\u0131q g\u0259tirib"

Əlaqəli Xəbərlər