Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 2,4 dəfədən çox artaraq 717,7 milyon dolları üstələyib.
"Operativ Media" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İxrac – idxal:
Azərbaycandan ABŞ-yə ixrac: 103,37 milyon dollar (+16,5 dəfə)
ABŞ-dən Azərbaycana idxal: 614,33 milyon dollar (+2,1 dəfə)
Ümumi ticarət dövriyyəsindəki payı:
Cari ilin ilk 7 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2,66 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,7 faiz bəndi çoxdur.