Kiyevə atılan raketlərdən biri Zelenskinin ofisinin yaxınlığında partlayıb
Bu gün Ukraynanın paytaxtı Kiyev şəhəri raket atəşinə tutulub və şəhərin müxtəlif hissələrində partlayışlar qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko “Twitter“ hesabında raketlərdən birinin şəhərin Vladimirskaya küçəsinə düşdüyünü yazıb.
Qeyd edək ki, həmin küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binasının və Vladimir Zelenskinin ofisinin yerləşdiyi bildirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma