Cari ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 950 milyon 248 min 700 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 faiz artaraq 2024,8 manat olub.