Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qırğızıstanın energetika naziri Taalaybek İbrayev arasında görüş olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Pərviz Şahbazov "X"də bildirib.
Görüşdə iki ölkə arasında neft-qaz və Bərpa Olunan Enerji sahələrində əməkdaşlıq imkanları, Qırğızıstanın Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsinə qoşulması perspektivləri müzakirə edilib. İki ölkə arasında energetika sahəsində fəaliyyət planı və İşçi Qrupu ilə bağlı məsələləri nəzərdən keçirilib.