Elvis Preslinin yeganə övladı Liza Mari 54 yaşında vəfat edib

Nərmin Qocamanlı
Elvis Preslinin yeganə övladı Liza Mari 54 yaşında vəfat edib

Rok-n-roll musiqisinin əfsanəvi adı, amerikalı müğənni Elvis Preslinin yeganə övladı, 54 yaşlı Liza Mari Presli infarkt keçirərək dünyasını dəyişib.

"Operativ Media" xəbər verir ki, ABŞ mətbuatının yazdığına görə, Presli Kaliforniya ştatının Calabasas şəhərindəki evinin yataq otağında xidmətçi qadın tərəfindən hərəkətsiz vəziyyətdə tapılıb.

Ürək dayanması şübhəsi ilə xəstəxanaya aparılan Presli müdaxiləyə baxmayaraq saatlar sonra dünyasını dəyişib.

Qeyd edək ki, atası Elvis Presli vəfat edəndə Liza Marinin 9 yaşı olub.

Digər xəbərlər