Azərbaycanın strateji valyuta ehtiyatları 6 faizdən çox artıb
Nərmin Qocamanlı
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 6,1 % artaraq 72,6 milyard ABŞ dollarına çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
"Bu ilin I yarısında ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında 2,6 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 7,5 %-i qədər profisit olub. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 8 ayda 5,5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb", - deyə AMB bəyan edib.
Teqlər:
"Az\u0259rbaycan\u0131n strateji valyuta ehtiyatlar\u0131 6 faizd\u0259n \u00e7ox art\u0131b"