http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq

20 Sentyabr 2024 , 11:06
Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq

Bu ilin sonuna qədər Azərbaycan ərazisi ilə keçən Orta dəhlizlə Çindən 300 konteyner blok qatarı daşınacaq.

"Operativ Media" xəbər verir ki, bunu Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmov çıxış edərkən deyib.

Onun sözlərinə görə, qeyd olunan göstərici təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir.

Rövşən Rüstəmov onu da qeyd edib ki, orta hesabla, Orta dəhlizlə blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır.

Onun sözlərinə görə, hazırda Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür. Bu xətt Orta Dəhlizin daha bir qolu olacaq və dəhlizin imkanlarını genişləndirəcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb

"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb

XƏBƏR LENTİ
  • 13:10

    Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
  • 13:00

    “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib
  • 12:54

    Şənbə gününün hava proqnozu açıqlanıb
  • 12:51

    Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
Menyu