Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
Operativ Media” xəbər verir ki, bunu “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin yol rəisinin birinci müavini Sorbon Qulaxmadov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında deyib.
“Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir. “Avrasiya Nəqliyyat Marşrutu”nun qrulması ölkələr arasında yükdaşımaların həcmini artıracaq.
Nəqliyyatın səmərəli işləməsi üçün nəqliyyat infrastrukturunu inkişaf etdirmək, təkmilləşdirmək və kommunikasiyalarını qurmaq lazımdır”, - deyə o bildirib.