Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur.
“Operativ Media” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.
O bildirib ki, bu artım Azərbaycanın tranzit potensialını bir daha sübut edir:
“Bu artım Azərbaycanın tranzit potensialını artdığını sübut edir. Bugünkü tədbir Orta Dəhlizin passiv olan, cənub qanadını daha da aktivləşdirmək məqsədi daşıyır. Avrasiya nəqliyyat marşrutu adlandırdığımız bu nəqliyyat bizə Çin, Qırğızıstan və Tacikistan üzərindən də yüklərin Orta Dəhlizə gəlməsinə və buradan Avropaya və əks istiqamətdə daşınılmasına imkan verəcək”,-deyə o bildirib.