Şəmkirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir XəttPolis məntəqəsinin əməkdaşları tərəfindən xidmətiərazidə qanun pozuntularının aşkarlanması və təqsirkarşəxslərin müəyyən edilməsi istiqamətindəmonitorinqlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanıŞəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuztorlar və balıqların ovlanması üçün istifadə olunanmüxtəlif növ qurğular polis əməkdaşları tərəfindənsudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlərgörülüb.
Monitorinq zamanı qanunsuz olaraq balıq ovuməşğul olan Şəmkir rayon sakini Babək Yusifov saxlanılıb. Onun ovladığı 30-dan çox daban (karas) və sıf balığı, qayıq və digər avadanlıqlar maddi sübut kimigötürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1067 manat miqdarında zərər vurması müəyyən edilib. B. Yusifov barəsində cinayət işi başlanılıbaraşdırmalar davam etdirilir.
Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğulolan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğuyoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmişvasitələrdən istifadə edərək balıq ovlayanlarınmüəyyən edilməsi, eləcə də başqa ekoloji cinayəttörədənlərin aşkarlanması həyata keçirilir.






