Energetika naziri Pərviz Şahbazov “Wind Energy Hamburg” tədbirində iştirak edib.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
"Külək enerjisi sahəsində dünyanın ən böyük tədbiri - Wind Energy Hamburg Konfransında Azərbaycanın beynəlxalq investisiya və əməkdaşlığa əsaslanan yaşıl enerji siyasətinə dair fikirlərimizi bölüşdük.
2 milyard dollar dəyərində reallaşdırılan 2 QVt-lıq stansiyalar, Xəzər dənizinin 157 QVt külək enerji potensialı əsasında 2037-ci ilədək planlaşdırılan 18 QVt-lıq meqa layihələr və “yaşıl enerji dəhliz”lərindən danışdıq. COP29 sədri olaraq Azərbaycanın “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”, “Hidrogen Bəyannaməsi” kimi qlobal enerji keçidini sürətləndirəcək təşəbbüslərini, həmçinin Avropa Külək Enerjisi Assosiasiyası, alman şirkətləri ilə tərəfdaşlığı təmin edəcək imkanları diqqətə çatdırdıq", - paylaşımda qeyd olunub.