Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb

Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəİran İslam respublikasından  qeyri-qanuni yolla rayonərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifarişkimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Əkbər Vəliyev narkotik vasitəni müəyyən məbləğdə pul və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilmiş narkotik vasitəni Gəncə şəhərinəaparmağa razılaşıb. Həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əlindəki sellofan torbadan 2 kq 8 qram “marixuana”, 1 kq 182 qram “heroin” və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şəkil Qalereyası

Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb - Şəkil 1
Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb - Şəkil 2
Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb - Şəkil 3
Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb - Şəkil 4
Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb - Şəkil 5
Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb - Şəkil 6

Digər xəbərlər