http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Kolleclərə direktor müavinləri təyin olunub

30 Sentyabr 2024 , 11:13
Kolleclərə direktor müavinləri təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, Elza Qurbanova 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bakalavr təhsili, 2022-2024-cü illərdə isə ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə magistratura təhsili almışdır. O, 2016-cı ildən müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Öyrədənlərin öyrədəni” proqramında iştirak edib.

Firuzə Fərmanlı 1994-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqogika və psixologiya” ixtisası üzrə bakalavr təhsili, 2006-2008-ci illərdə isə elə həmin ali təhsil müəssisəsində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistratura təhsili alıb. O, 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi çalışıb. F.Fərmanlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun “İnnovativ təlim üsulları” və “Təhsildə innovasiyalar və fəal təlim” mövzusunda təşkil etdiyi təlimlərdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR
“Dünyanı tək gəzmək əvvəllər mənə qorxulu gəlirdi, indi isə həyat tərzimə çevrilib” -  Ahu Kamranlı ilə MÜSAHİBƏ

“Dünyanı tək gəzmək əvvəllər mənə qorxulu gəlirdi, indi isə həyat tərzimə çevrilib” - Ahu Kamranlı ilə MÜSAHİBƏ

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

XƏBƏR LENTİ
  • 13:21

    Sabah hava necə olacaq?
  • 13:19

    VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
  • 13:17

    Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib
  • 13:12

    İran Ermənistanda ticarət evi açıb - VİDEO
  • 13:01

    Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb
  • 12:52

    "Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələri hazırlanacaq
  • 12:47

    VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib
  • 12:46

    Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların dövriyyəsinə dəyişiklik edilir
Menyu