AMB və Qazaxıstan Mərkəzi Bankı arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib
Nərmin Qocamanlı
Mərkəzi Bankın sədri Taleh Kazımov qazaxıstanlı həmkarı Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə AMB sədri öz "X" hesabında paylaşım edib.
Görüş zamanı hər iki qurum tərəfindən pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
Maliyyə sektoru üçün aktual olan məsələlərin müzakirəsindən sonra qurumlar arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma