http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb

02 Oktyabr 2024 , 17:12
SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalanıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, BP-nin günəş və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Alvarez Marivela və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, görüşdə SOCAR ilə BP arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əlaqələrdən məmnunluq ifadə edilib. Bu xüsusda, Cəbrayıl rayonunda icra olunacaq “Şəfəq” layihəsində birgə iştirakın uğurlu əməkdaşlığın genişləndirilməsinin bariz göstəricisi olduğu qeyd edilib. “Şəfəq” layihəsinin Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcəyinə inam ifadə olunub.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında səhmdarlar sazişi imzalanıb.

Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi üzrə imzalanan sənədə əsasən, “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) SOCAR-ın və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin də daxil olması ilə birgə müəssisəyə çevrilir.

“Şəfəq” layihəsi çərçivəsində “Virtual Enerjinin Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacaq ki, bu da günəş enerjisi istehsalına və əldə olunan enerjinin “AzərEnerji” ASC vasitəsilə milli elektrik şəbəkəsinə ötürülməsinə imkan verəcək.

OXŞAR XƏBƏRLƏR
Cəbrayılda Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə müqavilə imzalanıb

Cəbrayılda Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə müqavilə imzalanıb

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

XƏBƏR LENTİ
  • 22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • 21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • 21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • 21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
  • 20:57

    İran Prezidenti Qətər əmiri ilə görüşəcək
  • 20:45

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə məğlub oldu
  • 20:40

    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
Menyu