http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Yasamalda narkotik dövriyyəsinə görə 14 nəfər saxlanılıb

16 Yanvar 2023 , 17:01
Yasamalda narkotik dövriyyəsinə görə 14 nəfər saxlanılıb

Yasamal rayonunda ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən 14 nəfər saxlanılıb.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onlardan 7 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitələr aşkar edilib.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi şöbə və bölmələri tərəfindən ilin əvvəlindən rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən külli miqdarda - 7 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitə və psixotrop maddə olan metamfetamin çıxarılıb. Saxlanılanlardan 3-ü - Elnur  Hüseynov, tanışı Rəhman Hüseynov və Emil Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olublar. Onlar narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq  əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR
Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb

Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb

Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq

Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

XƏBƏR LENTİ
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
  • 16:15

    Putin Paşinyanı təbrik edib
  • 15:40

    Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
  • 15:05

    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
Menyu