Orxan Məmmədov: KOB-ların qeyri-neft ixracında payı 28 faizdir
“2018-2022 illərdə KOB-ların sayı 60 faizdən çox artmışdır”.
"Operativ Media” xəbər verir ki, bunu “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, ölkəmizdə olan bizneslərin 99 faizindən çoxu məhz KOB-lar təşkil edir.
“Ötən ilin nəticələrinə diqqət yetirsək görərik ki, KOB-ların qeyri-neft ixracında payı 28 faiz olmuşdur. KOB-lar xarici valyutanın artırılmasına da xidmət göstərir. Ölkəmizdə olan bizneslərin 99 faizindən çoxu məhz KOB-lar təşkil edir”,- deyə o bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net