Ana səhifə / İqtisadiyyat / Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb 09.10.2024, 15:00 Nərmin Qocamanlı Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 462 851 "ASAN İmza" elektron imza sertifikatı verilib. Bu barədə "Operativ Media"ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58,7 % çoxdur. Hesabat dövründə "ASAN İmza" 286 973 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 49,7 % çoxdur. Teqlər: "Az\u0259rbaycanda \"ASAN \u0130mza\" sertifikatlar\u0131n\u0131n say\u0131 59 %-\u0259 yax\u0131n art\u0131b"