Menyu

Maştağada marketdən oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Maştağada marketdən oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən marketlərin birində seyfdən 80 manat, inzibatçının çantasından isə 750 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.  

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Saatlı rayon sakini İbrahim Alməmmədov və İmişli rayon sakini Mirsaleh Mirbabayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər