http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

10 Oktyabr 2024 , 10:30
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

Bakıda Pre-COP çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının nümayəndələri akkreditə olunmuş diplomatik korpusların təmsilçiləri, bir sıra ölkələrin hökumət rəsmiləri iştirak edib.

Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

BMT Baş katibinin müavini Amina J. Mohammed ümidvar olduğunu bildirib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirakçı ölkələr iqlim məqsədlərinə nail olmaq üçün mühüm addımlar atacaqlar.

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin çıxışında bildirib ki8, builki Pre-COP çərçivəsində müzakirə olunacaq məsələlər Bakıda keçiriləcək COP29-un əsasını təşkil edir.

O daha sonra vurğulayıb ki, hazırda əsas məqsəd COP29-da iştirakçı olan tərəflərin müəyyən etdiyi niyyətlərin konkret məqsədlərə çevrilməsidir:

"Bizim əsas məqsədimiz üzləşdiyimiz itki və zərərlərə cavab olaraq yaradılmış fond çərçivəsində bu itkilərin qarşısının alınmasından ibarətdir. İqlim dəyişikliyi milli məqsədlər və dar maraqlara cavab vermir. Əsas məqsədimiz birgə fəaliyyət çərçivəsində iqlim dəyişikliyi və onun yaratdığı fəsadların qarşısını almaqdan ibarət olmalıdır. Bizim hər birimizin, xüsusilə də inkişaf edən ölkələrin iqlim dəyişikliyi probleminin həllinə təkan verməsi bu məsələdə xüsusi önəm daşıyır. Əsas məqsədlərimizdən biri də Paris Sazişinin 26-cı maddəsi üzrə işləri tamamladıqdan ibarətdir. Bizim daha bir məqsədimiz İtki və Zərərlərə Cavab Verən Fondun bu sahədə problemlərin aradan qaldırılması istiqamətində səylərini artırmaqdan ibarətdir. Biz 140-dan çox ölkə və 120-dən çox qeyri-hökumət təşkilatından dəstək almışıq. Bütün nümayəndə heyətlərini bu müzakirələrə çevik qoşulmağa dəvət edirik. Bu sahədəki bütün texniki məsələlər və siyasi qərarlar paralel olaraq qəbul edilməlidir. Biz 6-cı maddə üzrə Rəhbər Şuranın toplantısını da keçirəcəyik. 6-cı maddə Norveç, Yeni Zelandiya, Sinqapur və Macarıstan kimi ölkələr tərəfindən idarə olunacaq. Hesab edirəm ki, COP29 həm Paris Sazişi, həm də çoxtərəflilik baxımından sınaq tədbiri olacaq".

COP28-in Prezidenti, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Al-Jaber isə əlavə edib ki, iqlim dəyişikliyinin qarşısının alınması üçün bütün maraqlı tərəflər əvvəlcədən razılaşdırılmış "BƏƏ konsensusu"na riayət etməlidir:

"Biz bütün tərəfləri gərgin əmək nəticəsində formalaşmış "BƏƏ Konsensusu" ətrafında birləşirdməyə nail olmuşuq. Dubayda götürülən öhdəliyə əsasən bu konsensus maraqlı tərəflərin geosiyasi münaqişələr fonunda bir araya gəlməsini özündə ehtiva edir. Biz bütün fəaliyyətimizi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyası çərçivəsində qurmalıyıq. Bu sahədə maliyyələşmə çox vacib məsələdir. Məhz ona görə biz beynəlxaq maliyyə institutlarının iqlim dəyişikliyi ilə mübarizəyə daha çox investisiya ayırması istiqamətində çalışırıq. Qlobal aləm "BƏƏ konsensus"una əməl etməlidir. Daha sonra biz karbon bazarları ilə bağlı geniş araşdırma aparmalıyıq. İstər mitiqasiya, istərsə də adaptasiya ilə bağlı tədbirlər paralel keçirilməlidir. Mitiqasiya tədbirləri tərəflərin götürdüyü öhdəliklərin icrasını nəzərdə tutur. BƏƏ-də müəyyənləşdirilən məqsədlərin icrası tərəflərə iqtisadi mənfəət də qazandırır. "BƏƏ konsensusu" bundan sonrakı görüşlərdə də qabardılacaq".

UNFCCC-nin icraçı katibi Saymon Stilin qənaətincə iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə məsələsi mühüm önəmə malikdir:

"COP29-un bizə müəyyənləşdirilən öhdəliklərin icrası istiqamətində vacib alət olmalıdır. Burada konkret nəticələr əldə edilməsi üçün maliyyələşmə vacib elementdir. Çünki bu faktor təmin olunmasa 2030-cu ilədək müəyyənləşdirilən məqsədlərin icrası mümkün olmayacaq. COP29 6-cı maddənin icrası üçün geniş imkanlar deməkdir. Bu ilin sonuna kimi şəffaflıq hesabatı, 2025-ci ilin axırına qədər isə milli adaptasiya planları hazır olacaq. Hesab edirəm ki, illi öhdəliklərin 1,5 səviyyəsində uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi vacibdir. Hər zaman olduğu kimi UNFCCC COP29-un gedişində dəstək olmağa hazırıq".

BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) köməkçi icra orqanının (SBI) sədri Nabil Munir isə bildirib ki, növbəti iki gün ərzində, PreCop çərçovəsində narahatlıqlarımızı yenidən araşdırılması önəmlidir:

“COP29-da sizdən daha ciddi addımlar atmağı xahoş edirəm. Biz bilirik artıq elm nə deyir. Tarixdə ən isti ilin şahidi oldiq. Buzlaqlar əriyir. Mən burada danışanda da buzlaqlar əriyir. Biz elmi artıq nəticəyə çevirməliyik. Biz cəsarətli siyasi xətt qəbul etməliyik, körpülər qurmalıyıq. Təklif edirəm bunu edək”.

Qeyd edək ki, tədbir çərçivəsində panel müzakirələrin keçirilməsi nəzərdə tutulub.

***

09:27

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) başlayıb.

"Operativ Media" xəbər verir ki, tədbir “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” mövzusuna həsr olunub.

Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edirlər.

Panel müzakirələri çərçivəsində COP29 üçün uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunacaq.

Konfrans oktyabrın 11-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır

İlham Əliyev: Biz hər il Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük

İlham Əliyev: Biz hər il Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük

XƏBƏR LENTİ
  • 12:11

    Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək
    Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək
  • 12:08

    AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir
  • 11:56

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub
  • 11:52

    FHN yanında İctimai şura yanğınsöndürənləri təltif edib
  • 11:49

    "Əl Nəsr" Ronaldo ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb
  • 11:46

    ABŞ səfirliyi insanları viza alarkən dələduzlardan ehtiyatlı olmağa çağırır
  • 11:40

    Rəşad Nəbiyev: "İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük"
  • 11:39

    Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb
Menyu