http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

10 Oktyabr 2024 , 13:20
İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlar icbari tibbi sığorta ilə bağlı sualların cavablarını “Operativ Media” ilə bölüşüb.

İcbari tibbi sığorta nədir?

"İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur".

İcbari tibbi sığortadan necə istifadə etmək olar?

"İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etmək mümkündür. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər".

İcbari tibbi sığortadan istifadə etmək üçün hansı sənədlər tələb olunur?

"İcbari tibbi sığortadan istifadə etmək üçün tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır".

İcbari tibbi sığorta hesabına qeyri-dövlət tibb müəssisəsində (özəl) xidmət ala bilərəm?

“İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Həmçinin təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa Agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir. Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur.

Hər iki halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir".

İcbari tibbi sığorta hansı ərazilərdə tətbiq edilir?

"1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir".

Kimlərə icbari tibbi sığorta şamil edilmir?

"Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbsdə olan şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) digər şəxslərə şamil edilmir.

"Tibbi sığorta haqqında" Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (ölkədə qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla)".

İcbari tibbi sığorta çərçivəsində evdə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub?

"Bəli, evdə tibbi xidmət sığortaolunana təhkim olunduğu ailə həkimi tərəfindən, təcili və təxirəsalınmaz hallarda isə təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən həyata keçirilir".

Vətəndaşlar üçün əsas məqamlardan biri  əməkhaqqından tutulan icbari tibbi sığorta necə hesablanmasıdır.Məsələyə Dövlət Vergi Xidmətinin media və kommunikasiya idarəsi İcbari tibbi sığorta vergisinin necə hesablanmasına  aydınlıq gətirib:

"Əməkhaqqından icbari tibbi sığorta haqqının tutulması muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergidə olduğu kimi iki kateqoriyaya bölünür:

- neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sahələr üzrə;

- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli, 56 nömrəli qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları təsdiq olunub. Həmin qərara əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sahələr üzrə əməkhaqqından icbari tibbi sığortanın hesablanması aşağıdakı şəkildə olacaq:

Qərara əsasən, sığortalı (işəgötürən və ya vergi ödəyicisi) tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan (işçi) tərəfindən əmək haqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Misal 1: Dövlət şirkətində çalışan işçinin 2021-ci ilin yanvar ayı üzrə əməkhaqqı 800 manatdır. Bu halda həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği 16 manat olacaq.

800 x 2% = 16 manat.

Həmçinin, dövlət orqanı da işçinin əməkhaqqı fondundan 16 manat (800 manat x 2%) məbləğində icbari tibbi sığorta hesablayacaq.

Misal 2: Neft-qaz şirkətində çalışan işçinin 2021-cilin yanvar ayı üzrə əməkhaqqı 8.600 manatdır. Bu zaman həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği 163 manat olacaq:

8.000 x 2% = 160 manat;

8.600 - 8.000 = 600 manat;

600 x 0,5% = 3 manat;

160 + 3 manat = 163 manat.

Beləliklə, işçinin əməkhaqqından 163 manat tutulacaq.

Neft-qaz şirkəti də eyni hesablama tətbiq etməklə işçinin əməkhaqqı fondundan 163 manatlıq icbari tibbi sığorta hesablayacaq. İşsizlikdən sığortada olduğu kimi, icbari tibbi sığorta üzrə də həm işəgötürən, həm də işçi üçün eyni faiz dərəcələri və hesablama metodu tətbiq edilir".

Bəs özəl qurumlarda əməkhaqqından tutulma necə aparılır?

"Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə əməkhaqqından icbari tibbi sığortanın hesablanması ilə bağlı güzəşt nəzərdə tutulmuşdu. Qanunun keçid müddəasına əsasən, əməkhaqqının 8.000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq olunurdu. Bu da o anlama gəlirdi ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə hesablamalarda əməkhaqqının 8.000 manata qədər olan hissəsinə qeyd edilən tarixədək 2 faiz yox, 1 faiz tutulma tətbiq edilirdi".

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb

Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb

XƏBƏR LENTİ
  • 15:51

    Harri Keyn İngiltərə millisinin Yunanıstanla oyununu buraxacaq
  • 15:38

    Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO
  • 15:35

    132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib
  • 15:11

    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
  • 15:08

    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
  • 15:02

    Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
  • 14:54

    Qəzzada həlak olanların sayı artıb
  • 14:51

    DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb
Menyu