Menyu

Lənkəran sakini Qubada narkotiklə saxlanılıb

Nərmin Qocamanlı
Lənkəran sakini Qubada narkotiklə saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynov saxlanılıb. Həmin şəxsin üzərinə  baxış keçirilən zaman narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər