Menyu

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

Nərmin Qocamanlı
BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, görüşdə ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib. Eyni zamanda SOCAR-ın BƏƏ-nin ADNOC və Masdar şirkətləri ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlər müzakirə edilib.

Tərəflər həmçinin, Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr aparıblar.

Teqlər:

"B\u018f\u018f il\u0259 COP29 \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 t\u0259r\u0259fda\u015fl\u0131q bar\u0259d\u0259 m\u00fczakir\u0259l\u0259r apar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər