http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Kamran Əliyev yeni təyin olunmuş hakimlərlə görüşüb

17 Yanvar 2023 , 15:05
Kamran Əliyev yeni təyin olunmuş hakimlərlə görüşüb

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə görüş keçirilib.

Baş prokurorluqdan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Baş prokuror xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulamış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını, müasir təfəkkürlü gənc və yüksək ixtisaslı kadrların irəli çəkildiyini qeyd etmişdir. 

Həmçinin, Baş prokuror Dövlət başçısının «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03 aprel 2019-cu il tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da gücləndirilməsini, cəza siyasətinin humanistləşdirilməsini, yeni Kommersiya və digər regional məhkəmələrin təsis edilməsini, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılmasını və digər əhəmiyyətli tədbirlərin görülməsini nəzərə çatdırmışdır. 

Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Vüqar Quliyev, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Neymət Məmmədov, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Abdulla Məmmədov və  Mikayıl Məmmədzadə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilmiş İlham Cəfərzadəyə Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilmişdir.

Baş prokuror hakim təyin edilmiş prokurorluq işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulamış, tədbir iştirakçıları ilə xatirələrini bölüşüb səmimi söhbətlər etmişdir.

Sonda xatirə fotoşəkli çəkilmişdir.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

XƏBƏR LENTİ
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
Menyu