DİN jurnalist Cəmil Məmmədlinin saxlanılması iddiasına münasibət bildirib

Operativ Media
DİN jurnalist Cəmil Məmmədlinin saxlanılması iddiasına münasibət bildirib

DİN Mətbuat Xidmətinin  Quba regional qrupunun  baş inspektoru, polis leytenantı Xəyal Talıbov "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, Məmmədli Cəmil Qiyas oğlu  15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına  nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Cəmil Məmmədlinin barəsində  Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır. O, saxlanılmayıb.

Digər xəbərlər