Menyu

Yanvar-sentyabr aylarında iqtisadiyyata 12.7 mlrd. manatdan çox investisiya qoyulub

Yanvar-sentyabr aylarında iqtisadiyyata 12.7 mlrd. manatdan çox investisiya qoyulub

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9% az investisiya yönəldilib.

Bu barədə “Operativ  Media” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalıb. İstifadə olunmuş investisiyanın 6302,0 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 10578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 9193,0 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Teqlər:

"Yanvar-sentyabr aylar\u0131nda iqtisadiyyata 12.7 mlrd. manatdan \u00e7ox investisiya qoyulub"

Əlaqəli Xəbərlər