Türkiyənin ticarət naziri: Azərbaycanın ölkəmizə yatırdığı sərmayələrin məbləği təqribən 21 milyard dollardır

Nərmin Qocamanlı
Türkiyənin ticarət naziri: Azərbaycanın ölkəmizə yatırdığı sərmayələrin məbləği təqribən 21 milyard dollardır

"İqtisadi əməkdaşlığımızın digər mühüm sütunu ölkələrimizə qarşılıqlı investisiyalardır. Azərbaycanın ölkəmizə yatırdığı sərmayələrin məbləği təqribən 21 milyard dollar, ölkəmizin Azərbaycana yatırdığı investisiyaların məbləği isə təxminən 16 milyard dollardır. Aydındır ki, sərmayələrimizin qarşılıqlı artması ölkələrimizin rifah səviyyəsinə öz töhfəsini verəcək. Bütün qurumlarımız bununla bağlı işlərini davam etdirir".

"Operativ Media" xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat İqtisadiyyat.az-a müsahibəsində deyib.

O bildirib ki, iqtisadi tərəfdaşlarımızla inkişaf etdirdiyimiz əlaqələr “qazan-qazan” prinsipinə əsaslanır

"Yaxın coğrafiyamızda yerləşən ölkələrlə iqtisadi əməkdaşlığımızın, xüsusilə ticarətin  gücləndirilməsinə, ticarət üçün maneələrin azaldılmasına, investisiya və müqavilə əlaqələrimizin dərinləşməsinə diqqət yetiririk. İqtisadi tərəfdaşlarımızla inkişaf etdirdiyimiz əlaqələr “qazan-qazan” prinsipinə əsaslanır və bu, həm ölkəmizin, həm də ev sahibi olan ölkənin inkişaf proseslərinə töhfə verir.

Mal ticarətinin artırılması yönümündəki anlaşmalarımızla yanaşı, podratçı və texniki məsləhət şirkətlərimiz Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş rayonların infrastrukturunun və üst strukturun inkişafı ilə bağlı bütün səylərə bundan sonra da töhfə verməyə hazırdır",- deyə nazir qeyd edib.

Digər xəbərlər