18 Oktyabr 2024, 18:33
Orta illik inflyasiya 2028-ci ildə 3,8 %-ə enəcək
Orta illik inflyasiya 2028-ci ildə 3,8 %-ə enəcək şəkil
Orta illik inflyasiya 2028-ci ildə 3,8 %-ə enəcək

İqtisadiyyat Nazirliyi baza ssenaridə orta illik inflyasiyanın 2025-ci ildə 4,6 %, 2028-ci ildə isə 3,8 % olacağını proqnozlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən inflyasiya ilə bağlı baza ssenari beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək hazırlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb