Menyu

"Araz-Naxçıvan" 25-ci qələbəsini qazandı

Əziz Əzizli
"Araz-Naxçıvan" 25-ci qələbəsini qazandı

“Araz-Naxçıvan” Azərbaycan çempionları tarixində 25-ci qələbəsini qazanıb.

"Operativ Media" xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib.

Elmar Baxşıyevin yetirmələri Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib. Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.

Naxçıvanın ilk qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.

Qeyd etmək lazımdır ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 matç qələbəsi olan 36-cı komandadır.

Teqlər:

"\"Araz-Nax\u00e7\u0131van\" 25-ci q\u0259l\u0259b\u0259sini qazand\u0131"

Əlaqəli Xəbərlər