“Qarabağ, Zəngəzur və Naxçıvan Respublikası Yaşıl enerji zonası elan edilib”.
“Operativ Media” xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumunda çıxışı zamanı deyib.
“COP29 əsas mövzusu iqlim dəyişikliyidir. İqlim məsələsi təkcə ekoloji məsələ yox, həm də sosial və iqtisadı məsələlərə yönəlmiş çağırışdır. Qarabağ, Zəngəzur və Naxçıvan Respublikası yaşıl enerji zonası elan edilib. Həmin ərazilərdə Ağıllı şəhər, Ağıllı kənd layihələri tətbiq edilir. Ekosistem bərpa olunur”.
Nazir müavini sonda qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı tədbirlər görülməsə dünya iqtisadiyyatı uzunmüddətli ziyanla üzləşə bilər.