"Nürnberq"in baş məşqçisi: "Mahirə vaxt verdik və özünü doğrultdu"
Əziz Əzizli
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin üzvü Mahir Emreli haqda danışıb.
"Operativ Media" xəbər verir ki, Kloze Mahir Emrelinin özünü doğruluğunu bildirib.
"Futbolçularımın enerjisi, oyuna münasibəti məni heyran etdi. Matç ərzində fantastik çıxış etdilər. Mahirin qolu isə işimizi asanlaşdırdı. O, zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik və özünü doğrultdu".
Qeyd edək ki, Bundesliqa 2-də "Qroyter"lə matçda Mahir Emreli komandasının ilk qolunu vurub. Matç"Nürnberq"in 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Teqlər:
"\"N\u00fcrnberq\"in ba\u015f m\u0259\u015fq\u00e7isi: \"Mahir\u0259 vaxt verdik v\u0259 \u00f6z\u00fcn\u00fc do\u011frultdu\""