"Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacaq Vircil van Dayk yeni müqavilə ilə bağlı açıqlamalar verib.
"Operativ Media" xəbər verir ki, niderlandlı müdafiəçi menecerinin "Liverpul" ilə yeni müqavilə üçün danışıqlar apardığını təsdiqləyib.
"Menecerim klubla danışıqlarını davam etdirir, amma bilmirəm, gələcəkdə nə olacağını dəqiq deyə bilmərəm".
Verdiyi açıqlamalara davam edən Vircil van Dayk, "Bütün diqqətim "Liverpul"dadır, növbəti matçlarda qalib gəlmək istəyirəm, bundan başqa fikrim yoxdur. Gələcəyin nə gətirəcəyi ilə bağlı heç bir fikrim yoxdur. Yalnız onu deyə bilərəm ki, danışıqlar gedir"
"Liverpul" Vircil van Dayki 2018-ci ilin yanvarında "Sauthempton"dan heyətinə qatıb. "Liverpul"da 280 oyun keçirən niderlandlı müdafiəçi 24 qol vurub, 12 məhsuldar ötürmə edib.