Energetika Nazirliyi ilə Çin şirkəti arasında İşçi Qrupu yaradılacaq

Nərmin Qocamanlı
Energetika Nazirliyi ilə Çin şirkəti arasında İşçi Qrupu yaradılacaq

Energetika naziri Pərviz Şahbazov Pekində “China Energy International Group Co.,Ltd.” şirkətinin vitse-prezidenti Lin Xiadon ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.

"Görüşdə 160 MVt gücündə stansiyaların icrasını sürətləndirməyi, dənizdə külək enerjisi layihəsində və “yaşıl enerji dəhliz”lərində şirkətin iştirakını, Bərpa olunan enerji avadanlıqlarının yerli istehsalı, habelə birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik. İşçi Qrupu yaratmağı razılaşdırdıq və yeni əməkdaşlıq prioritetlərimizi əks etdirən Anlaşma Memorandumu imzalamaq təklifini dəyərləndirdik", - nazir qeyd edib.

Digər xəbərlər