“Ayaks”ın iki aparıcı futbolçusu UEFA Avropa Liqasının 3-cü turunda “Qarabağ”la keçiriləcək oyuna hazır ola bilər.
"Operativ Media" Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin yarımmüdafiəçisi Cordan Henderson və hücumçusu Vaut Veqhorst zədəsini sağaldıb. Henderson iki gün əvvəl Erediviziyanın 9-cu turunda “Herakles”lə (3:4) oyundan sonra ayağında ağrılar hiss edib. Veqhorst isə zədə ucbatından həmin matçı buraxıb. Onların Bakıdakı matçda məşqçilər korpusunun sərəncamında olması istisna edilmir.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq
Teqlər:
"\"Ayaks\"\u0131n iki \u0259sas futbol\u00e7usu z\u0259d\u0259sini sa\u011faltd\u0131"