ÇL: "Real" "Borussiya"ya, "Arsenal" "Şaxtyor"a qarşı
Əziz Əzizli
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start veriləcək.
"Operativ Media" xəbər verir ki, hələ də qələbə qazana bilməyən “Milan” azarkeşləri önündə “Brügge”ni qəbul edəcək, “Arsenal” “Şaxtyor”u, “Yuventus” “Ştutqart”ı sınağa çəkəcək. Dortmund “Borussiya”sının Madrid səfəri də maraqlıdır. PSJ – PSV və “Aston Villa” – “Bolonya” duelləri gecəyə rəng qatacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
20:45. Milan (İtaliya) – Brügge (Belçika)
20:45. Monako (Fransa) – Srvena Zvezda (Serbiya)
23:00. Arsenal (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna)
23:00. Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)
23:00. Jirona (İspaniya) – Slovan (Slovakiya)
23:00. Yuventus (İtaliya) – Ştutqart (Almaniya)
23:00. PSJ (Fransa) – PSV (Niderland)
23:00. Real (İspaniya) – Borussiya (Dortmund, Almaniya)