Uşaqların anadan olmasına görə müavinət nə qədərdir?
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə uşağın anadan olunmasına görə müavinat verilir.
"Operativ Media" xəbər verir ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an proaktiv qaydada təyin olunur.
Uşağın anadan olmasına görə müavinə alarkən heç bir sənəd tələb olunmur. Həmin müvinətin bir dəfə verilir və məbləği 500 manatdır.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Qeyd edək ki, uşağının anadan olmasına görə müavinəin ödənilməsi üçün müddət məhdudiyyəti qoyulmur.
Yazı hazırlanarkən Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin rəsmi məlumatlarından istifadə edilmişdir.
Teqlər:
"U\u015faqlar\u0131n anadan olmas\u0131na g\u00f6r\u0259 m\u00fcavin\u0259t n\u0259 q\u0259d\u0259rdir?\u00a0"