Menyu

Ançelotti Mbappedən nə istədiyini açıqlayıb

Əziz Əzizli
Ançelotti Mbappedən nə istədiyini açıqlayıb

"Real Madrid"in italiyalı baş məşqçisi, İspaniya çempionu və Çempionlar Liqasının qalibi Karlo Ançelotti rəhbərlik etdiyi komandada ilk mövsümünü keçirən 25 yaşlı fransalı hücumçu Kilian Mbappedən nə istədiyini açıqlayıb.

"Operativ Media"nın məlumatına görə, bu haqda AS nəşri xəbər verir.

“Mbappedən bir şey tələb olunur, qol vurmaq. Mən ondan təzyiq göstərməsini tələb etmirəm. Mərkəz hücumçusu ilə bağlı mövqeyimiz son illər dəyişməyib. Mbappedən  yaxşı mövqe seçmək və top bizə keçəndə cəld irəliləməyə hazır olmaği xahiş edirəm".

Mbappe "Real"da 12 matçda iştirak edib, 8 qol vurub, 1 qol ötürməsi edib. Onun kral klubu ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

"Transfermarkt" Mbappenin transfer dəyərini 180 milyon avro qiymətləndirir.

Teqlər:

"An\u00e7elotti Mbapped\u0259n n\u0259 ist\u0259diyini a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər