"Qarabağ" - "Ayaks" oyunu şotlandiyalı hakimlərə tapşırıldı
Əziz Əzizli
UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçının hakimləri bəlli olub.
"Operativ Media" UEFA-nın rəsmi saytına istindən xəbər verir ki, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Nikolas Uolş olacaq. Ona Qraeme Stevart və Kalum Spence köməklik göstərəcək. Dörtdüncü hakim funksiyasını Kristofer Qraham yerinə yetirəcək.
Qeyd ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq
Teqlər:
"\"Qaraba\u011f\" - \"Ayaks\" oyunu \u015fotlandiyal\u0131 hakiml\u0259r\u0259 tap\u015f\u0131r\u0131ld\u0131"