11 Oktyabr 2022, 00:13
Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib
Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib şəkil
Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib

BMT-nin insan hüquqları üzrə ekspertləri Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana qaçqın düşən şəxslərlə bağlı vəziyyəti açıqlayıb.

"Operativ Media" xəbər verir ki, açıqlamada Ukrayna əhalisinin üçdə birinin müharibə başlayandan sonra ölkəni tərk etdiyi vurğulanıb və çoxlu sayda qadın, uşaq, qoca və əlil qaçqının son dərəcə həssas vəziyyətdə olduğu bildirilib.

Bildirilib ki, qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir və uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir.

Həmçinin, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Rusiyanın Ukraynadakı mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində minlərlə ailənin elektrik enerjisi və rabitə imkanlarından məhrum olduğunu bildirib.

 

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı