Menyu

Lionel Messinin matçında tarixdə bir ilk yaşanacaq

Əziz Əzizli
Lionel Messinin matçında tarixdə bir ilk yaşanacaq

MLS bütün futbolsevərləri, xüsusən də Messi azarkeşlərini həyəcanlandıran tətbiqi həyata keçirir.Lionel Messinin sinəsinə taxılan kamera ilə bütün matç argentinalı ulduzun gözündən  yayımlanacaq.

"Operativ Media" MLS-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tətbiq "İnter Mayami"nin cümə gecəsi oynayacağı matçla həyata keçiriləcək. “Player Spotlight” adlanan yayım Tiktok platformasında futbol azarkeşləri ilə görüşəcək.

Futbolsevərlər bu yayımı Messinin gözündən, sanki onunla meydandaymış kimi izləyə biləcəklər.

MLS rəhbərliyi 2023-cü ildə ABŞ Açıq Kuboku matçında yalnız Lionel Messini izləyən kameradan istifadə edib.

Lionel Messi "İnter Mayami"də 36 oyun keçirib. 37 yaşlı futbolçu bu matçlarda 33 qol vurub, 17 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər