Saleh Məmmədov Xızı rayonunda vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Saleh Məmmədov Xızı rayonunda vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xızı rayonunda vətəndaşları qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, qəbulda Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların müraciətləri, o cümlədən şikayətləri dinlənilib.

Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbir görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə, kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyyə olunub.

Digər xəbərlər