"Mançester Yunayted" gürcüstanlı hücumçunu transfer etmək istəyir
Əziz Əzizli
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya "Napoli"sinin və Gürcüstan millisinin cinah hücumçusu Xviça Kvaratsxeliyanın xidmətində maraqlıdır.
"Operativ Media" xəbər verir ki, bu haqda "Tuttomercato" məlumat yayıb.
"Mançester klubunun təmsilçiləri İtaliya çempionatının 8-ci turu çərçivəsində "Napoli"nin “Empoli” ilə oyununu izləyib. Kvaratsxeliyanın qolu sayəsində Neapol təmsilçisi “Empoli”ni 1:0 hesabı ilə məğlub edib.
Kvaratsxeliyanın "Napoli" ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Tərəflər müqavilənin uzadılması üçün danışıqlar aparır, lakin futbolçu tərəfi illik 8 milyon avro maaş tələb edir. “Napoli” o qədər də pul ödəməyə hazır deyil.
Cari mövsümdə Kvaratsxeliya "Napoli" ilə 10 matçda iştirak edib, 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
"Transfermarkt" onun transfer dəyərini 80 milyon avro qiymətləndirir.
Teqlər:
"\"Man\u00e7ester Yunayted\" g\u00fcrc\u00fcstanl\u0131 h\u00fccum\u00e7unu transfer etm\u0259k ist\u0259yir"