Anri: "Real" Mbappeyə uyğunlaşmaq üçün vaxt verməyəcək
Əziz Əzizli
Fransa millisinin, "Arsenal" və "Barselona"nın sabiq hücumçusu Tyerri Anri "Real Madrid"in yeni futbolçusu, Fransa millisinin 25 yaşlı hücumçusu Kilyan Mbappe haqda danışıb.
"Operativ Media"nın məlumatına görə, bu haqda "Footmercato" xəbər yayıb.
“Tez-tez deyirlər ki, futbolçunun yeni klubda düşünmək üçün vaxta ehtiyacı var. Təəssüf ki, Mbappeyə "Real"da uyğunlaşmaq üçün vaxt verilməyəcək. Belə bir klubda oynamaq şansı əldə etdikdə, dəyərləndirmək lazımdır”.
Mbappe "Real Madrid"də 14 matçda iştirak edib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun kral klubu ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub
Teqlər:
"Anri: \"Real\" Mbappey\u0259 uy\u011funla\u015fmaq \u00fc\u00e7\u00fcn vaxt verm\u0259y\u0259c\u0259k"